Belarusda azərbaycanlı “qanuni oğru” saxlanıldı

Baxış sayı: 
67
2  
0  

Belarusun paytaxtı Minskdə azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Rəşad Gəncinski” kimin tanınan Rəşad İsmayılov həbs olunub.

Turaninfo.org xəbər verir ki, noyabrın 20-də Belarus DİN-in əməkdaşları Rəşad İsmayılovla yanaşı,  cinayətkar dəstənin üzvləri olduğu ehtimal edilən daha 4 nəfəri də saxlayıb.

Onlardan TT və Makarov tipli tapançalar, 14 ədəd güllə və narkotik maddə - həşiş götürülüb.

Qeyd edək ki, Rəşad  İsmayılov kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı  hesab olunur.

Modern.az
 

Загрузка...
Загрузка...