Belarus Rusiyanın tərkibinə girəcək? - Lukaşenko danışdı

Baxış sayı: 
193
1  
0  

İyirmi birinci əsrdə Belarusun Rusiyanın tərkibinə girməsi haqqında danışmaq, sadəcə gülməlidir. Mən heç vaxt Rusiyanın indiki prezidentindən (Vladimir Putin) və Rusiyanın birinci prezidentindən (Boris Yelsin) bu haqda eşitməmişəm”.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın yeni səfiri Mixail Babiçlə görüşün gedişatında bildirib.

Dövlət başçısı vurğuladı ki, Belarus əhalisi Rusiyanı yaxın müttəfiqi olaraq görür.

Qeyd edək ki, 2 aprel 1997-ci ildə Moskvada Belarus və Rusiya prezidentləri Belarus və Rusiyanın İttifaqı barədə Müqavilə imzalayıblar. Həmin vaxtdan etibarən də aprelin 2-si Belarus və Rusiya xalqlarının həmrəyliyi günü kimi qeyd edilir. Ötən vaxt ərzində birgə parlament məclisi və bəzi dövlət idarəçiliyi orqanları yaradılıb. Bütün vahid valyuta yaratmaq cəhdləri isə iflasa uğrayıb. İki ölkə arasında yaranan iqtisadi problemlər tərəflər arasında tez-tez gərginlik yaradır.

 
  •  
Загрузка...
Загрузка...