​Bədəninizdə iri xal varsa, bu xəstəliyin əlaməti ola bilər - DİQQƏT

Baxış sayı: 
189
0  
0  

Alimlər xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar.
Publika.az-ın məlumatına görə,İsveçrədən olan bir qrup alim uzun sürən araşdırmalar nəticəsində aşkar ediblər ki, dərinin implantasiya edilmiş hissəsindəki süni xal orqanizmdəki xəstəlik əlamətləri yaranan zaman formalaşmağa başlayır.
Belə ki, süni dəri modifikasiya edilmiş hüceyrələrdən hazırlanıb və pasiyentin orqanizminə implantasiya olunur. Xalın formalaşma prosesi isə orqanizmdə olan melanin piqmentinin artması ilə əmələ gəlir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. Bu piqment insan dərisinə, saçlara, gözə, mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Ümumilikdə isə insan oqranizmində qoruma xarakteri daşıyır. Qanda kalsium miqdarının çox olması piqmentin tündlüyünü artıqmağa başlayır ki, bu isə bir sıra xərçəng növlərinin erkən mərhələsindən xəbər verir. Alimlər qeyd edir ki, insan bədənənində rast gəlinən iri xallar minlərlə insan həyatını xilas edə biləcək xəbərdarlıq əlamətləridir.
 
Alimlərin heyvanlar üzərində apardığı uğurlu test sınaqlarını 5-10 ildən sonra insanlar üzərində də keçiriləcəyinə ümid edirlər. 10-15 il sonra səhiyyə sistemində yaranacaq yeni texnologiyaların bu araşdırmaları daha da sürətləndirəcəyinə inanırlar. Xərçəng xəstəliyinin əksər növlərinin vaxtında, hələ ilkin mərhələdə aşkarlanması həyati əhəmiyyət daşıyır: erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngi olan qadınların 90 faizindən çoxunun ömrü 5 il uzadıla bilir.
Könül Cəfərli

Загрузка...
Загрузка...