BBC-dən Azərbaycanla bağlı KOBUD SƏHV - Zaxarova lağa qoydu - FOTO

Baxış sayı: 
55
1  
0  

Dünən gecə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində BBC-nin rusca bölməsindən olan “skrin-şot”u paylaşıb.
 
Axar.az xəbər verir ki, Zaxarovanın paylaşdığı fotoda BBC-nin Qazaxıstanı Azərbaycanla səhv salması yer alıb. Belə ki, saytın hazırladığı xəbərdə Qazaxıstandakı etiraz aksiyaları haqqında məlumat verilib ki, burada etirazlar aşağıdakı formada təqdim edilib:
 
“Azərbaycanda yenidən Tokayev qalib gəlib. Küçələrdə kütləvi iğtişaşlar var, 500-dən çox adam saxlanılıb”.
 
Qeyd edək ki, bazar günü Qazaxıstanda keçirilən prezident seçkilərində Qasım-Jomart Tokayev 70%-dən artıq səslə qalib gəlib.
 
Bir müddətdən sonra BBC səhvini aradan qaldırıb.

Загрузка...
Загрузка...