​Bazarda durğunluq: maşınlar kəskin ucuzlaşdı

Baxış sayı: 
105
3  
0  

İkinci əl avtomobil bazarında kəskin ucuzlaşma müşahidə olunur. Bir aya yaxındır ki, ümumiyyətlə satış yoxdur. Hətta internet resurlarında satışa qoyulan avtomobillərlə bağlı da aylarla zəng edib maraqlanan olmur.
 
Bu barədə Axar.az-a yol-nəqliyyat eksperti, avtomobil mütəxəssisi Elməddin Muradlı son günlər ikinci əl avtomobillərin qiymətinin kəskin enməsinin səbəbləri barədə danışarkən deyib. Ekspert bildirib ki, hazırda avtomobil hər həftə ucuzlaşır:
 
“İndiki şəraitdə alverçilər bundan istifadə edərək qiyməti kəskin enmiş ikinci əl avtomobilləri alır ki, vəziyyət düzəldikdən sonra yüksək qiymətə satsın. Ötən həftə 10 000 manata təklif olunan müvafiq avtomobil bu həftə 9 000 min manatadır. Satıcı alışın olmaması səbəbindən qiyməti endirməyə məcburdur. Satıcılar qiyməti endirməklə müştəri axtarsa da, ümumiyyətlə, maşınlara yaxın duran yoxdur”.
 
E.Muradlı bildirib ki, avtomobil qiymətlərinin düşmə səbəbi karantin rejimi və bəzi digər səbəblərdən asılıdır:
 
“Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyat prosesinin həyata keçirilməsi dayandırılıb. Demək olar ki, avtomobili addan ada keçirmə prosesi də getmir. Dünən açıqlama da verildi ki, bu, yalnız onlayn qaydada həyata keçirilə bilər. Bütün bunlar ikinci əl avtomlobil alışına təsir edən hallardır. Bilirsiniz ki, avtomobillərin çoxu etibarnamə əsasında alınıb-satılır. Mövcud vəziyyətlə əlaqədar olaraq notariuslar da işləmədiyinə görə avtomobil bazarında belə bir mənzərə ortaya çıxıb”.
 
E.Muradlı bildirib ki, maşın bazarında durğunluq karantin müddəti başa çatdıqdan sonra aradan qalxacaq.

Загрузка...
Загрузка...