Baydenə qarşı yeni kompromat tapıldı: onun oğlunun “Lujkovun ailəsi”indən milyonlarla pul aldığı iddia olunur

Baxış sayı: 
50
2  
0  

 
ABŞ-da prezident seçkilərinə çox az müddət qalmış namizədlər arasında komporomat müharibəsi qızışıb.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə respublkaçı senatorlar Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin oğlu Hanter Bayden vasitəsilə “vurmağa” çalışırlar.
 
Hanter Baydenin Ukraynada “Burisma” şirkəti ilə bağlı qaranlıq fəaliyyəti ilə bağlı xəbərlərin təsiri soyumamış, indi də onun Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun xanımı, sahibkar Yelena Baturina ilə biznes əlaqələri ortaya çıxarılıb.
 
Bununla bağlı Senatda Daxili təhlükəsizlik və hökumət məsələləri komitəsinin sədri Ron Conson, Maliyyə komitəsinin sədri Çar Qrassli xüsusi hesabat hazırlayıblar. Həmin sənəddə keçmiş prezident Barak Obama adminstrasiyasına daxil olan şəxslərin fəaliyyətinin geniş miqyaslı araşdırılması nəticəsində toplanan materiallar yer alıb.
 
Hesabatda Hanter Bayden və onun biznes tərəfdaşı Devon Arçerin uzun illər boyunca əcnəbi vətəndaşlardan, o cümlədən Yelena Baturinadan milyonlarla mənşəyi məlum olmayan pul aldığı göstərilib.
 
Sənəddə deyilir ki, 2014-cü ilin fevralında təsisçilərindən birini Hanter Baydenin olduğu “Rosemont Seneca Thornton” adlı investisiya şirkətinin hesabına Yelena Baturia tərəfindən 3,5 milyon dollar pul köçürülüb. Bundan başqa, 2015-ci ilin may-dekabr ayları boyunca 9 müxtəlif köçürmə ilə “BAK USA” şirkəti vasitəsilə “Rosemont Seneca Thornton” hesabına “kredit sazişi” adı altında 392 min dollar pul yatırılıb.
 
Sənəd müəlliflərini iddiasına görə həmin tranzaksiyalar Yelena Baturinanın cinayətkar fəaliyyəti nəticəsində əldə olunan vəsaitlərlə bağıdır. Lakin respublikaçı senatorlar pul köçürmələrinin qanuni və ya şübhəli olub-olmadığı barədə susurlar.
Senatın sənədində Hanter Baydenin Çin Kommunist partiyası, hətta Çin ordusu ilə sıx münasibətlər qurmasından da danışılır. Həmçinin oğul Baydenin öz hüquqi şirkəti vasitəsilə yaxınlarının, onlaırn firmalarının hesabına milyonlarla dollar pul ötürdüyü iddia olunub.
 
Co Baydenin oğlu burada yüngül əxlaqlı rus qadınlarına pul ödəyən, qadın ticarəti şəbəkəsi ilə bağlantıları olan adam kimi təsvir olunur.
 
 
Musavat.com

Загрузка...
Загрузка...