​Baxımsız futbol, lazımsız çempionat... – İlbəil geriləyirik

Baxış sayı: 
96
2  
0  

Azərbaycan Premyer Liqasında artıq 1-ci dövrə 7-ci turda başa çatıb və 2-ci dövrənin də turu geridə qalıb. Adətən, dünya ölkələrində çempionatın start oyunları böyük maraqla qarşılanır və çoxlu sayda tamaşaçı tərəfindən izlənilir.
“Yeni Sabah” bununla bağlı kiçik araşdırma edib. Bəs Azərbaycanda ilk turda və ilk dövrədə keçirilən oyunları ümumilikdə nə qədər tamaşaçı izləyib? Öncə 1-ci dövrədəki matçlarda ayrı-ayrı qarşılaşmaları stadiondan canlı izləyən azarkeş sayına nəzər yetirək:
 
1-ci tur
 
“Neftçi” – “Sabah” (1:1) 1500 tamaşaçı
 
“Səbail” – “Zirə” (1:0) 400 tamaşaçı
 
“Qəbələ” – “Sumqayıt” (0:2) 500 tamaşaçı
 
“Keşlə” – “Qarabağ” (0:1) 800 tamaşaçı
 
2-ci tur
 
“Zirə” – “Neftçi” (1:0) 1000 tamaşaçı
 
“Sabah” – “Keşlə” ( 0:1) 1500 tamaşaçı
 
“Sumqayıt” – “Səbail” (0:3) 1300 tamaşaçı
 
“Qarabağ” – “Qəbələ” (3:0) 1300 tamaşaçı
 
3-cü tur
 
“Səbail” – “Qarabağ” (0:4) 2000 tamaşaçı
 
“Neftçi” – “Sumqayıt” (2:1) 1000 tamaşaçı
 
“Qəbələ” – “Keşlə” (0:4) 150 tamaşaçı
 
“Zirə” – “Sabah” (1:1) 1200 tamaşaçı
 
4-cü tur
 
“Qarabağ” – “Neftçi” (2:0) 7000 tamaşaçı
 
“Keşlə” – “Səbail” (1:2) 400 tamaşaçı
 
“Sabah” – “Qəbələ” (0:1) 1000 tamaşaçı
 
“Sumqayıt” – “Zirə” (1:2) 1400 tamaşaçı
 
5-ci tur
 
“Zirə” – “Qarabağ” (1:3) 1200 tamaşaçı
 
“Neftçi” – “Keşlə” (0:0) 1000 tamaşaçı
 
“Sumqayıt” – “Sabah” (1:0) 1000 tamaşaçı
 
“Səbail” – “Qəbələ” (1:1) 500 tamaşaçı
 
6-cı tur
 
“Keşlə” – “Zirə” (2:0) 500 tamaşaçı
 
“Sabah” – “Səbail” (3:0) 300 tamaşaçı
 
“Qəbələ” – “Neftçi” (0:3) 600 tamaşaçı
 
“Qarabağ” – “Sumqayıt” (2:0) 700 tamaşaçı
 
7-ci tur
 
“Zirə” – “Qəbələ” ( 1:1) 1000 tamaşaçı
 
“Qarabağ” – “Sabah” (2:0) 1400 tamaşaçı
 
“Neftçi” – “Səbail” (2:1) 1200 tamaşaçı
 
“Sumqayıt” – “Keşlə” (0:0) 1000 tamaşaçı
 
Göründüyü kimi, 1-ci dövrədə ən çox azarkeşin qeydə alındığı matç 4-cü tur çərçivəsində oynanılan “Qarabağ” – “Nefçi” (2:0; 7000 tamaşaçı) görüşü olub.
 
1-ci dövrədə keçirilən oyunları izləyən ümumi tamaşaçı sayı isə 32850 nəfər təşkil edir.
 
İndi isə, Premyer Liqamızın 2013/2014-cü il mövsümünün ilk 6 turunda qeydə alınan tamaşaçı sayına nəzər yetirək. Belə ki, ümumilikdə, 6 turun 30 oyununu iki qat çox, yəni 60200 nəfər stadiondan izləyib ki, bu da hər tura orta hesabla 2006 tamaşaçı deməkdir. Eyni zamanda bu göstərici cari mövsümün ilk 7 turundan sonra hesablanan ümumi azarkeş sayından 2 dəfə çoxdur. Görünür bu barədə ilbəil geriləmişik.
 
Hələ, tamaşaçı sayında olan şişirdilməni nəzərə alsaq, ümumi nəticənin bir qədər də aşağı olduğunu söyləyə bilərik. 2013/2014-cü il mövsümündə Premyer Liqamızda 10 klub olub ki, bunlardan da “Xəzər Lənkəran” (Lənkəran), Simurq” (Zaqatala), “Rəvan”, AZAL ( hər ikisi Bakı) hazırda elitada təmsil olunmurlar. Görünür, region klublarımızın elitadan uzaqlaşdırılması, əsas liqaya buraxmaması azarkeşlərin də stadionlardan üz döndərməsinə gətirib çıxarıb. Sözügedən mövsümlə cari çempionatımız arasındakı ümumi azarkeş sayındakı fərq bunu deməyimizə əsas verir.
 
Ümumiyyətlə, region klublarımızın elitada çıxışı çempionatımıza həmişə rəng qatıb və onların aktiv dəstəkçiləri də çox olub. "Xəzər Lənkəran", "Kəpəz", "Zaqatala", "Turan" kimi komandalarımızın xüsusilə də ev oyunlarında çoxlu azarkeş dəstəyi müşahidə edilirdi. Amma indi bəzi klublar ya aşağıyaş qruplarında çıxış edən futbolçuları tribunaya yığır, ya da pulla azarkeş, dəstəkçi tutur. Görünür, azarkeşləri yenidən tribunalara qaytarmaq istəyiriksə, ilk növbədə region klublarının elitada təmsil olunması təmin edilməlidir. Yalnız bundan sonra, həm futbolumuza maraq artar, həm də küskün düşmüş futbolsevərlər təkcə xarici ölkə klublarını dəstəkləməklə qalmazlar.
 
Maraq üçün onu da qeyd edək ki, cari çempionatımıza hətta sponsor belə tapılmıyıb. Liqamıza marağın az olması “Topaz”ın da sponsorluqan imtina etməsinə gətirib çıxardı.
 
Naibə Məmmədova

Загрузка...
Загрузка...