BATE-nin baş məşqçisi: "“Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır"

Baxış sayı: 
80
3  
0  

“Onlar qol vurmalıdırlar. “Qarabağ” hücumda yaxşı legionerləri
olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə
çıxış edəcəyini gözləyirik”.

Turaninfo.org bildirir ki, bunu Belarusun BATE komandasının
baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının
III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan
əvvəl təşkil olunan mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis evdə keçirəcəkləri qarşılaşma
ərəfəsində heyətdəki itkilərdən də söz açıb. O, bildirib ki,
Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra
cavab qarşılaşmasına hazırlaşmırlar: “Digərləri isə məşq edirlər.
Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də
bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu,
uşaqların oynamasına mane olmayacaq”.

Baş məşqçi Mixail Qordeyçukun da durumuna aydınlıq gətirib.
O, 28 yaşlı hücumçuya tam olaraq ümid edə bilmədiklərini
gizlətməyib: “Zədə ona məşq etməyə imkan versə də,
ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə
bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin
icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın
sağlamlığı ilə risk edə bilmərik. O, hazırlaşır.
Oyun saatında durumuna baxacağıq”.

Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE – “Qarabağ” oyunu
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belarus təmsilçisi ilk
matçda Bakıda qalib gəlib – 1:0.

 
Загрузка...
Загрузка...