​Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı AÇIQLAMA

Baxış sayı: 
147
1  
0  

 
 
Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.
 
Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.

Загрузка...
Загрузка...