​Baş məşqçi Mesut Özilin üzərindən "xətt çəkdi"

Baxış sayı: 
76
2  
0  

“Arsenal”ın baş məşqçisi Unai Emeri Məsut Özilin dalbadal beş matçda sifariş ərizəsinə salınmamasına münasibət bildirib.
 
İspaniyalı mütəxəssis keçirdiyi mətbuat konfransında o deyib: “Biz – klub və komanda vahid strategiyamıza sadiq qalırıq. Ən vacib olan komanda və onun oyunudur”.
 
Emeri bildirib ki, Özilin heyətə düşməməsi haqda qərar tək onun deyil, bütün klubundur: “Bilirəm ki, azarkeşlər bu haqda çox şey bilmək istəyir. Amma indi ondan (Özildən – red.) danışmaq vaxtı deyil”.
 
Emeri fikirlərinin bazar günü “Kristal Palas”a qarşı keçiriləcək oyuna yönəldiyini söyləyib.

Загрузка...
Загрузка...