​Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ

Baxış sayı: 
24
1  
0  

Baş ağrılarının əsas səbəbi dişlərin quruluşu ola bilər.
 
Publika.az xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir üst və alt dişlərin səhv bağlanmasının ciddi baş ağrılarına səbəb ola biləcəyini qeyd edib:
 
“Yuxudan duranda səhər çənələrin arxa hissələri, gözlərin ətrafında, sinus bölgəsində və ya boyun və çiyinlərdə həm baş ağrısı, həm də miqren ağrıları varsa, qısa müddətdə diş həkiminə müraciət edin. Dişlər sabit bağlanmırsa, bu zaman əzələ və sinirlər sıxılır. Bu da miqren və baş ağrısına yol açır. Çeynəmə üçün çənə hər iki yandan bərabər dəstəyə ehtiyac duyur, dişlərin tam və düzgün vəziyyətdə olması lazımdır. Odur ki, əskik dişlər protez və ya implantlarla müalicə edilməlidir. Əgər dişlərdə əyrilik varsa və ya tamamilə səhv bağlanırsa, onları daha düzgün vəziyyətə gətirmək üçün şəffaf lövhələrə və ya breket qoyulmasına ehtiyac ola bilər”.

Загрузка...
Загрузка...