“BakuBus”-un avtobosunda qorxulu anlar: Sürücünün davarnışı dəhşətə gətirdi – Foto

Baxış sayı: 
69
2  
1  

Son vaxtlar “BakuBus” MMC-nin avtobusları və sürücüləri ilə bağlı çoxsaylı şikayətlər və narazılıqlar ortaya çıxmaqdadır. Daha bir narazılıqla bağlı məlumatı jurnalist Lalə Mehralı feysbook profilində paylaşıb.

Avtosfer.az xanım jurnalistin yazdıqlarını olduğu kimi təqdim edir: “Dünən rayondan qonağımız vardı, uşağını 5 il əvvəl maşın vurub, hər 6 aydan bir 12 günlük müalicəyə gəlir bərpa mərkəzinə. Uşağın hərəkəti məhduddur, qəzadan sonra beyninin və bədəninin sağ tərəfi zəif inkişaf edir. Oradan çıxıb bizə gələndə minib BakuBus-a. Yolda havasızlıqdan uşağın ürəyi bulanıb, halı dəyişib, süstləşib. Anası qışqırıb, ağlayıb ki, avtobusu saxla, uşağım əldən gedir. Şofer nə desə yaxşıdı? “Bir az dözsün, dayanacağa var hələ”.

Bir avtobus adam sürücüyə dil töküb, qışqıran, yalvaran belə olub, yenə saxlamayıb. Uşağın şüuru qapanırmış getdikcə. Dayanacağadək uşaq 5-6 dəqiqə o vəziyyətdə qalıb. Müalicə ilə yaşayan, fiziki məhdudiyyəti olan o uşağın başına bir iş gəlsə idi kim cavab verəcəkdi görəsən? Biz BakuBus-u təriflədikcə zayı çıxır deyəsən. Hanı bəs infarkt keçirən sərnişinə ilk yardım edib həyatını xilas edən o sürücülər? Nə tez yoruldular insan olmaqdan?”.

“BakuBus” MMC-dən məsələ ilə bağlı açıqlama gözləyirik.

Загрузка...
Загрузка...