"Bakmil"ə giriş-çıxışa məhdudiyyətin vaxtı uzadıldı

Baxış sayı: 
36
2  
0  

Yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır.

"Bakı Metropoliteni" QSC-dən Modern.az-a verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırır ki, səhər saatlarında isə "Bakmil" stansiyası sərnişinlərə 8:20-yə qədər.xidmət göstərəcək.

Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Загрузка...
Загрузка...