BAKIYA TUŞLANAN “İNGİLİS BARMAĞI”:Olimpiya stadionundakı final fiti hansı səsləri batıracaq?

Baxış sayı: 
69
1  
0  

 
Bakıda mayın 29-da baş tutacaq UEFA Çempionlar Liqası çərçivəsində final oyunu dünyanın idman aləmində böyük həyacanla gözlənilən hadisədir. Bakı Olimpiya stadionunda keçiriləcək final matçnda Böyük Britaniyanın "Arsenal" və "Çelsi" komandaları qarşılaşacaq. Artıq bu idman bayramına hazırlıqlar yekunlaşıb və Bakı mötəbər yarışa ev sahibliyi etməyə tam hazırdır.
 
 
Elə bu məqamda isə ortaya gözlənilməz və heç də xoş olmayan mənzərə çıxır. Böyük Britaniya XİN-nin heç bir ehtiyac olmadan, obyektivlikdən uzaq açıqlama ilə çıxış etməsi rəsmi Bakıya qarşı növbəti qərəz nümayişindən başqa heç nə deyil. Bəli, söhbət UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələrindən gedir. Öz vətəndaşlarına müraciətlə Bakıya səfər zamanı ehtiyatlı olmağı xatırladan Böyük Britaniya XİN-nin zəifləmiş yaddaşı üçün biz də bəzi xatırlatmalar etmək istədik:
 
 
 
Məsələn, onu ki, Azərbaycanda təhlükəsizlik və sabitliyin tam şəkildə, həm də çoxdan bərqərar olduğunu. Onu ki, Bakı buna qədər də çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edib və həmin sınaqlardan üzüağ çıxmağı bacarıb. Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Azərbaycan Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ" – "Çelsi" futbol oyunları bu sırada ilk yada düşənlərdir.
 
 
 
Məgər, xatırlatdığımız və adını çəkmədiyimiz həmin oyunlar zamanı təhlükəsizlik tədbirlərinin təminindən tutmuş, yarışların təşkilatçılığa qədər – nədəsə hansısa problem olubmu? Təbii ki, yox. Hətta iddia edərdim ki, həmin yarışların təşkili Böyük Britaniya da daxil olmaqla bir çox qabaqcıl Avropa ölkələri üçün örnək sayılacaq şəviyyədə baş tutub. Belə olan halda Böyük Britaniya XİN-nin anlaşılmaz və qərəzli müraciətinə nə ad vermək olar? Hesab edirik ki, bu birmənalı şəkildə final öncəsi Bakıya qarşı törədilmiş təxribat cəhdidir. Ölkəmiz istər Cənubi Qafqazın, istər müsəlman Şərqinin, istərsə də keçmiş Sovet məkanının ən təhlükəsiz ölkələrindəndir.
 
 
 
Bu qərəzli iddialara ən tutarlı cavab isə mayın 29-da çox yüksək səviyyədə təşkil olunacaq Bakı finalı olacaq. Bütün dünyanın diqqətlə izləyəcəyi tədbirin yüksək səviyyədə baş tutması üçün müvafiq dövlət qurumların üzərlərinə düşəcək vəzifələri qüsursuz yürinə yetirəcəyinə əminik. Ona da əminik ki, bu həm də hər bir Azərbaycan vətəndaşının vəzifəsinə çevrilməlidir.
 
 
Bakıya tuşlanan məkrli "ingilis barmağı”nı zərərsizləşdirəcəyimizə, ölkəmizin artan beynəlxalq nüfuzuna hər bir vətəndaşımızın da töhfə verəcəyinə inanırıq.
 
Bakı heç nəyə baxmayaraq mötəbər idman yarışına hazırlaşır. Tamaşaçı dünyadır…Və Azərbaycan növbəti dəfə dünyanı heyran, Böyük Britaniyanı isə sözün bütün mənalarında mat qoyacaq….
 
 
Bakıda səsləndirliləcək final fiti təkcə "Arsenal" və "Çelsi" matçının bitməsini bildirməyəcək. Bu həm də Bakı əleyhinə qurulan təbliğat kampaniyasının ifşası olacaq…
 
 
 
EMİL Məmmədov
 
Sfera.az

Загрузка...
Загрузка...