Bakının mərkəzində kütləvi dava - Qan töküldü

Baxış sayı: 
23
1  
0  

Nəsimi rayonunda kütləvi dava baş verib.
 
Hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
 
Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməyib.
 
Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib.
 
Dava zamanı “Daewoo”-nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”dəki sərnişinlərə hücum edib.
 
Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.
 
Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır (Oxu.az).

Загрузка...
Загрузка...