Bakının mərkəzində dəhşət – Evə gətirdikləri qadını döyə-döyə zorlayıb öldürdülər

Baxış sayı: 
38
1  
0  

Bakıda dəhşətli qətl törətmiş şəxslərdən biri Ali Məhkəməyə müraciət edib.
 
Turaninfo.org News24.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən Zeynukov Samir Nərimanoviç Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsində çıxarılan hökmün dəyişdirilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun icraatına verilib.
 
Qeyd edək ki, dəhşətli hadisəni törətmiş Dimitriy Razumniy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib.
 
Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.
 
Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb.
 
Dostlar birlikdə qadının meyitini evin eyvanından həyətə atıblar.

Загрузка...
Загрузка...