​Bakının İtaliyadan aldığı hərbi təyyarə nəyə qadirdir?

Baxış sayı: 
82
2  
0  

Azərbaycanın İtaliya ilə əməkdaşlığı genişləndirmək çərçivəsində bu ölkənin “Leonardo S.p.A” şirkətindən “M-346” hərbi təyyarələrini alması sözügedən reaktiv təlim-məşq təyyarəsinin xarakteristikasını gündəmə gətirib.
 
Axar.az sözügedən təyyarənin taktiki-texniki xüsusiyyətlərini təqdim edir:
 
Ümumi parametrləri:
 
Ekipaj: 2 nəfər
 
Uzunluğu: 11.49 m
 
Qanad uzunluğu: 9.72 m
 
Hündürlüyü: 4.76 m
 
Qanadının sahəsi: 23.52 m²
 
Boş çəki: 4,610 kq
 
Yüklü çəki: 6,700 kq
 
Maksimum yükgötürmə: 9,500 kq
 
Uçuş keyfiyyətləri:
 
Maksimal sürət: 1,059 km/s
 
Uçuş məsafəsi: 1,981 km
 
Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə)
 
Uçuş hündürlüyü: 13,716 m
 
Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq
 
Qanad yüklənməsi: 285 km/m²
 
Çəkmə gücünün çəkiyə nisbəti: 0.84
 
Silahlanması:
 
Xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər.
 
Məlumat üçün bildirək ki, əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra “Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə “Alenia Aermacchi”nin “Finmeccania” şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən “Leonardo S.p.A” şirkəti olub.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında M-346 hərbi təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

Загрузка...
Загрузка...