​Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi – ŞOK VİDEO

Baxış sayı: 
50
2  
0  

Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.
 
“Minval.info” xəbər verir ki, videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. O ana qədər ətrafda heç kim maddə təsirində olduğu düşünülən şəxsə toxunmur, bəlaya bulaşmaq istəmir.
 
Amma yarıçılpaq şəxs yoldan keçən bir xanımı da təhqir edib, ona hücum etməyə başladıqdan sonra ətrafdakı vətəndaşlar həmin şəxsə mane olub, onun qarşısını alıblar. Etdiyi davranışların cəzasını ətrafdakı vətəndaşlardan alan şəxsi indi qanuni cəza gözləyir.
 
“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.
 
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
 
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.
 

Загрузка...
Загрузка...