​Bakıda əxlaqsızlıq yuvası saxlayan kişiyə bəraət verildi – Hökm

Baxış sayı: 
163
0  
0  

 
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Fərid Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Fərid Qasımovun barəsində olan cinayət işi sübuta yetirilməyib. Onun barəsində bəraətverici hökm çıxarılıb.
 
İstintaq orqanı tərəfindən Fərid Qasımovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan olunub.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...