Bakıda virusun yayılma riski - İnsanlar sıx cəmləşdi (FOTO)

Baxış sayı: 
136
1  
0  

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla dünən səhərdən Bakı Metropoliteninin xüsusi rejimdə, yəni səhər 2 saat, axşam isə 3 saat işləməsi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, həyata keçirilən qabaqlayıcı tədbirlərə baxmayaraq dünən və bu gün müəyyən zaman kəsiyində metronun açılmasını gözləyən insanların sıx cəmləşdiyi müşahidə edilib. Belə ki, səhər saat 08-də və axşam 17-də Bakı Metropoliteninin bəzi stansiyalarının qarşısında sərnişinlərin qapıların açılmasını toplu şəkildə gözlədiyi və ilk qatarlarda sıxlıq yarandığı diqqəti cəlb edib.
Qeyd edək ki, mütəxəssislər və dövlət qurumları mövcud vəziyyət şəraitində insanların sıx cəmləşməsinin riskli olduğunu bildirir və ara məsafəsinin saxlanmasının vacib olduğu qeyd edilir.
 

Загрузка...
Загрузка...