Bakıda uşaq oğurlamaq istəyən şəxs peyda oldu: “Uşağa “kinder” alacağını bildirib…” - VİDEO

Baxış sayı: 
133
3  
1  

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Turaninfo.org bildirir ki, bu barədə bizimyol.info-ya azyaşlının
valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə,
hadisə 11 avqust axşam saatlarında “Albalı” uşaq bağçasının
yaxınlığında meydana gəlib. Evə gələn Tuncay Məmmədov
atasına onu oğurlamaq istədiklərini bildirib.

R.Məmmədov bildirir ki, əvvəlcə ona inanmayıblar.
Lakin bağçanın mühafizəçisi də uşağın dediklərini
təsdiqləyib. Bundan sonra o,102 polis xidməti ilə əlaqə
saxlayıb. Polislər yaxınlıqdakı mağazanın müşahidə
kameralarını izləmək istəsələr də sahibi orada olmadığından
buna nail ola bilməyiblər.

Azyaşlı atasına həmin hadisəni danışarkən bildirib ki,
oğurluq etmək istəyən şəxs ona “kinder” alacağını bildirib.
Həmin şəxsin hərəkətlərindən qorxan uşaq
qaçaraq oradan uzaqlaşıb.

Qeyd edək ki, R.Məmmədov 102 polis xidməti ilə
əlaqə saxladıqlarını, lakin rəsmi ərizə ilə polisə
müraciət etmədiklərini bildirib.

Загрузка...
Загрузка...