Bakıda tarixi an: Nuru paşa ələmdən tutaraq...

Baxış sayı: 
49
2  
0  

1918-ci il sentyabrın 15-i Bakı şəhərinin erməni, rus və ingilislərin əlindən xilas edildiyi gündür. Hər zaman bu gün gələndə Bakının xilaskarı Nuru Paşanın Azərbaycanda etdiyi bir hərəkəti yadıma salıram.
 
Kult.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib.
 
O, Nuru Paşa ilə bağlı maraqlı bir faktı paylaşıb:
 
“1918-ci il sentyabrın 15-də Bakı rus, ingilis və ermənilərdən azad ediləndən sonra şəhərdə dini icmada və əhalidə bir sual yaranmışdı: Osmanlı ordusunun sünni paşası Bakının şiə əhlinə və şiə dini icmasına hansı münasibəti göstərəcək? O zaman Bakıda bu qorxunu aradan qaldırmaq üçün Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşanın şiə icmasına münasibətini bilmək üçün onun çıxış edəcəyi minbərə şiəliyin rəmzi olan iki qara ələm sancırlar. Əgər Nuru Paşa bu ələmlərin ordan götürülməsini əmr etsəydi, şiələrə münasibətdə Osmanlı paşasının mövqeyi bəlli olacaqdı. Məscidə gələn Nuru Paşa Qafqazın şeyxi Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı. Paşanın bu münasibətindən sonra Axund Ağa Əlizadə üzünü din xadimlərinə tutaraq deyir: “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”.
 
Bundan sonra Azərbaycan Cümhuriyyətində Qazilər Şurası yaradılır və onun təsiri dövlətin idarəçiliyində mühüm rol oynayır”.

Загрузка...
Загрузка...