Bakıda tanışlarını soyundurub videoya çəkdilər, sonra isə... – Yeni xəbər

Baxış sayı: 
66
1  
0  

 
 
Bakıda quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin apelyasiya şikayətinə baxılıb.
 
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
 
Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apelyasiya şikayətləri təmin olunmayıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Hüseynov 8 il, Rəşad Sultanov 7 il 7 ay, Həsənbala Həsənov 7 il 6 ay, Dəyanət Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.
 
Təqsirləndirilən şəxslər paytaxtda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və ondan pul tələb etməkdə təqsirli biliniblər.
 
Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurub telefonla çəkərək görüntüləri özlərində saxlayıblar.
 
Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...