​Bakıda sürücü “Gelandewagen”lə əks yola çıxıb avtoxuliqanlıq etdi – VİDEO

Baxış sayı: 
85
1  
0  

 
 
Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib.
 
Baku.ws xəbər verir ki, “Tik-Tok”da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır.
Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. “Şükürov004” adlı istifadəçi öz “Tik-Tok” hesabında çox sayda belə videolar paylaşıb.
 
Rusiya Federasiyasında qeydiyyata alınan “E100YE” (10) dövlət nömrə nişanlı “Gelandewagen”lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb.
 
Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb.
 
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
 
 

Загрузка...
Загрузка...