Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini sındırırlar - FOTO

Baxış sayı: 
93
1  
0  

Bakıdakı marşrut avtobuslarında əlləri dezinfeksiya etmək üçün qoyulan dispenserlər sərnişinlər tərəfindən yararsız vəziyyətə salınır.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

 

M.Ağayev bildirib ki, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib:

“BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq”.

 

Загрузка...
Загрузка...