Bakıda şok olay: Azyaşlıya yarımçıq tikilidə təcavüz edildi - TƏFƏRRÜAT

Baxış sayı: 
151
2  
0  

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsızlıq edilib.
publika.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Bakl şəhər sakini İlqar Tağıyev 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətləri edib. O, azyşalı qızı heç kimin olmadığı yarımcıq tikiliyə aparıb və orada onu seksual xarakterli hərəkətlərə məcbur edib.
Daha sonra azyaşlı baş verənləri ailə üzvlərinə danışıb. Onun valdeynləri İlqar Tağıyevin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində İlqar Tağıyev həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
İstintaq orqanı tərəfindən İlqar Tağıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat hazırlanıb və həmin təqdimat təmin olunması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. Hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı əsasında qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin olunub və İlqar Tağıyevin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayət işi üzrə istintaq davam edir.
                          

 

Загрузка...
Загрузка...