Bakıda ər 4 uşaq anasını vəhşicəsinə öldürdü – TƏFƏRRÜAT – VİDEO

Baxış sayı: 
103
1  
0  

 
 
2018-ci il martın 21-i saat 21:40-da Nəsimi RPİ Post-Patrul Xidmətinin (PPX) əməkdaşları xidmətdə olarkən, Moskva prospekti, 82 ünvanında naməlum şəxsin əlinin qana bulaşdığını görərək, ona yaxınlaşıblar.
 
Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, həmin şəxs Hökməli qəsəbəsində yaşadığı evdə həyat yoldaşını bıçaqla vurduğunu, sonra isə özünə də xəsarət yetirdiyini bildirib. Yaralı Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Onun Hökməli qəsəbə sakini Seynur Abbasov olması müəyyənləşdirilib.
 
Saat 23:20-də inzibati əraziyə nəzarət edən Abşeron RPİ-dən Türkanə Məmmədcanovanın əri tərəfindən qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Cinayətin Hökməli qəsəbəsi, A.Əhmədov küçəsi, 7 ünvanında yerləşən fərdi həyət evində baş verməsi müəyyən edilib.
 
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkanə Məmmədcanovanın (1989-cu il təv.) ölümünə – ürəyi və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları səbəb olub.
 
İstintaqla müəyyən edilib ki, Seynur Abbasov uzun müddət heç bir yerdə işləməyib, ailəsinə maddi dəstək vermədiyindən 2006-cı ildən qeyri-rəsmi yaşadığı arvadı Türkanə Məmmədcanova ilə mütəmadi olaraq ailə-məişət zəminində aralrında mübahisələr olub.
 
Heç bir işlə məşğul olmaması həyat yoldaşının ona qarşı laqeyd davranışlar göstərməsinə səbəb olub. Martın 21-i saat 20 radələrində azyaşlı uşaqları həyətdə tonqal yandırıb, bayram edərkən Seynur evə daxil olub və yaranmış mübahisə zamanı, məişət-təsərrüfat təyinatlı bıçaqla Türkanənin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib.
 
Təqsirləndirilən şəxs qismində dindirilmiş Seynur Abbasov bildirib ki, Türkanə ilə 2006-cı ildə ailə qurub, nikahdan 4 övladları olub.
 
Son illər ərzində onların münasibətləri pozulub. Heç bir yerdə işləmədiyi və evə qazanc gətirmədiyinə görə aralarında mübahisələr yaranıb.
 
Arvadı ondan boşanacağını deyib, ona soyuq münasibət bəsləyib. Bütün bunlar onda Türkanəyə qarşı aqressivlik yaratıb.
 
2018-ci il martın 21-də, Novruz bayramı günü olmasına baxmayaraq, səhər saatlarından arvadı ilə mübahisə etməyə başlayıblar. Saat 20 radələrində azyaşlı övladı və yoldaşı ilə evdə yemək yedikdən sonra, Türkanə yığışıb atasının evinə gedəcəyini, onun, həmçinin valideynlərinin ünvanına nalayiq ifadələr işlətib.
 
Məmmədcanova mətbəxdən götürdüyü bıçaqla sinəsindən vuraraq, ona yüngül xəsarət yetirib.
 
Seynur Türkanənin əlindən kəsici aləti alaraq, bədəninin müxtəlif nahiyələrinə təxminən 3-4 zərbə vurub. Arvadı yerə yıxılıb, o, çölə çıxaraq, həyətdə olan qızı Səmaya anasını xəstəxanaya aparmaq lazım olmasını deyib.
 
Həyətdən küçəyə çıxıb, evlərindən bir qədər uzaqlaşıb, yoldaşını öldürdüyünü anlayaraq, intihar etmək istəyib, bıçaqla sinə nahiyəsindən 2-3 dəfə xəsarət yetirib. Piyada Hökməli qəsəbəsindən tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşib “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gedib. Küçə ilə hərəkət edərkən özünü pis hiss etdiyinə görə yolun kənarında oturub.
 
Polis əməkdaşları ona yaxınlaşıb, üst-başının nə səbəbə qana bulaşdığını soruşduqda, Abbasov arvadına və özünə bıçaqla xəsarət yetirdiyini deyib. Xəstəxanaya gələn prokurorluq işçilərinə hadisə barədə izahat verib. Bir neçə gün müalicə olunduqdan sonra, arvadını öldürdüyünə görə həbs edilib.
 
Törətdiyi əməlinə görə peşman olub. Yoldaşını heç vaxt qısqanmayıb, bunun üçün heç bir əsas olmayıb. Hadisə vaxtı uşaqları həyətdə olub, Türkanəni bıçaqla vurduğu zaman, yanında heç kim olmayıb.
Yaşadıqları dövrdə heç vaxt arvadını döyməyib, onu öldürəcəyi ilə hədələməyib.
 
Narkotik vasitələrdən istifadə etməyib, hadisə vaxtı içkili vəziyyətdə olmayıb.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Məmmədcanov ifadəsində göstərib ki, Türkanə onun qızı olub. Seynur Abbasov əvvəllər torpaq alğı-satqısı ilə məşğul olsa da, son 7-8 il ərzində heç yerdə işləməyıb. Özünə münasib iş tapmağa çalışmayıb.
 
Qızının ailəsinin maddi çətinliyi olduğuna görə, onlara əllərindən gələn köməkliyi ediblər. Qızı Türkanə son illər Seynurun narkotik və psixotrop maddələr aludəçisi olduğunu, ailədə özünü kobud apardığını deyib.
 
Belə ki, 2017-ci ilin yay aylarında qızı onlara gələrək Abbasovun müxtəlif həblər qəbul etdiyini, həmçinin iynə ilə qoluna hansısa maddələri vurduğunu, bundan sonra isə əhvalı dəyişilərək aqressiv olduğunu və səbəbsiz yerə onu dəfələrlə döydüyünü bildirib.
 
Türkanə ərindən ayrılmaq istədiyini, sonuncunun tamamilə avara həyat tərzinə qurşandığını söyləyib. Lakin, bir valideyn kimi, azyaşlı uşaqları olduğuna görə onlar qızının ailəsinin dağılmasını istəməyib.
 
Martın 21-də evdə olduğu vaxt nəvələri həyəcanlı vəziyyətdə onlara gələrək, Türkanənin Seynur tərəfindən bıçaqlandığını bildiriblər. O, nə baş verdiyini soruşduqda, nəvəsi Səma qardaşı və bacıları ilə həyətdə oynayan vaxt, evdən səs-küy eşitdiklərini, içəri daxil olduqda isə anasının üst-başının qan içində, yerdə uzanıqlı vəziyyətdə olmasını, atasının isə əlində bıçaqla çıxıb getdiyini deyib.
 
Dərhal arvadı ilə qızının evinə gediblər. Qonşuların toplaşdığını və Türkanənin maşınla xəstəxanaya aparıldığını görüb. Onun arxasınca xəstəxanaya yola düşüblər, lakin ora çatanda həkim qızını müayinə edərək, onun artıq öldüyünü bildirib.
 
Zərərçəkmiş qeyd edib ki, Abbasov heç bir əsaslı səbəb olmadan Türkanəni qətlə yetirib və körpə uşaqlarını başsız qoyub.
 
BAKU.WS
 

Загрузка...
Загрузка...