​Bakıda qadının qətlə yetirilməsinin - Təfərrüatı

Baxış sayı: 
43
3  
0  

 
 
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
 
Teleqraf.com xəbər verir ki, paytaxtın hüquq mühafizə orqanlarının birgə keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
 
Belə ki, sentyabrın 23-də rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.
 
Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.
 
Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...