Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənniyə ağır - Cəza

Baxış sayı: 
71
1  
0  

 
Bakıda şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Səfa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Səfa Məmmədov paytaxt sakini Əsli Babayevanı (ad və soyad şərti verilib - red.) şantaj edib.
 
Səfa Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.
 
İstintaq orqanı tərəfindən Səfa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
 
Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...