Bakıda qadından sosial şəbəkədə tanış olduğu kişiyə dəhşətli əməl – Təfərrüat

Baxış sayı: 
88
2  
0  

 
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Teleqraf.com xəbər verir ki, rayonun Şüvəlan qəsəbəsində 1991-ci il təvəllüdlü Xalid İsmayılov 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.
 
Mübahisə nəticəsində Lalə Mustafayeva Xalid İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım gösətirildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lalə Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb.
 
Məlum olub ki, Binə qəsəbəsində yaşayan Xalid İsmayılov Şüvəlan sakini Lalə Mustafayeva ilə sosial şəbəkədə tanış olub. Daha sonra onlar münasibət qurublar.
 
Hadisə baş verən günü Lalə Mustafayeva Xalid İsmayılovla münasibəti kəsmək istəyib. Amma Xalid İsmayılov ondan əl çəkməyib. Bu zaman Lalə Mustafayeva bıçağa əl atmalı olub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...