Bakıda qadına qarşı iyrənc hərəkət – Təfərrüat

Baxış sayı: 
149
1  
0  

 
Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
 
Teleqraf.com xəbər verir ki, rayonun Mircəlal küçəsində naməlum şəxs qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank və sağlamlıq kartı olan pul kisəsini əlindən alaraq qaçıb.
 
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.
 

Загрузка...
Загрузка...