​Bakıda qadın narkotikin təsirindən hamamda öldü

Baxış sayı: 
41
2  
0  

 
Bakıda qadın narkotikin təsirindən ölüb.
 
Musavat.com "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
 
 
Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.
 
 
Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
 
 
Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.
 
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...