Bakıda parkda 10 min manatlıq – Cinayət

Baxış sayı: 
95
0  
0  

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Turaninfo.org xəbər verir ki, iyulun 18-də Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

​Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.

​Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Загрузка...
Загрузка...