​Bakıda özəl klinikanın tibb bacısı öldü

Baxış sayı: 
64
1  
0  

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Turaninfo.org-un ONA-ya istinadən məlumatına görə, “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.
 
Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.

Загрузка...
Загрузка...