Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar...

Baxış sayı: 
48
2  
0  

Holcim Azərbaycan ASC-də distributorlara külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı saytımıza müraciət daxil olub.
 
Axar.az xəbər verir ki, müraciətdə şirkətin Marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılovla ölkə satış meneceri Elnur Qurbanovun distributorlara külli miqdarda ziyan vurduğu iddia edilib.
 
Məlumata görə, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distributorlar arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.
 
Bununla da distributorlara xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.
 
İddiaya görə, daha sonra distributorlara aşağıdakı vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:
 
- 2019-cu ilin mart ayında malın tonuna hesablanmış bonus məbləğinin ƏDV hissəsi (1.5 AZN) ləğv edilib.
 
- 2019-cu ilin rəqib zavodlarla eyni qiymətə mal satılıb və distributorlara əvəzi ödəniləcəyi vəd edilsə də (832 891 manat) ödənilməyib.
 
Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distributorları silahla təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər.
 
Müraciətdə qeyd edilib ki, Anar İsmayılovun bu çirkin əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.
 
Məsələ ilə bağlı Holcim Azərbaycan ASC-dən bildirilib ki, sözügedən iddialarla bağlı rəsmi sorğuya cavab veriləcək.
 
Xatırladaq ki, “Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distributorlara bağlı deyil.
 
Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər. Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.
 
Qeyd edək ki, “Holcim Azərbaycan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Загрузка...
Загрузка...