Bakıda mənzildən 30 min dollar və 100 min manatlıq qızıl oğurayan dəstə hakim qarşısında - Biri qadındır

Baxış sayı: 
44
1  
0  

 
Bakıda evdən seyf oğurlayan dəstənin məhkəməsi baş tutub. Onlardan biri qadındır.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham edilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
 
Dəstə üzvləri 1969-cu il Vəliyeva Familə Sabir qızı, İmamverdi Həsənov, Sahib Həsənbəyli, Elnur Aslanov və Aslan Qasımovdur.
 
Məlumata görə onlar Bakıda evdən 30 min dollar pul və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.
 
Bir nəfər Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 min dollar pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
 
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən şəxslər saxlanılıb.
 
Onlardan Elnur Aslanov və Aslan Qasımov daha əvvəl də məhkumluq həyatı yaşayıblar.
 
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü Sahib Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İmamverdi Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri Elnur Aslanov və Aslan Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarına gəlib.
 
Seyfi ələ keçirəndən sonra dəstə üzvləri Sahib Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb.
 
Seyfdə olan qızıl-zinət əşyaları isə satılıb və həmin pullar da dəstə üzvləri arasında bölüşdürülüb.
 
Araşdırmalar zamanı məlum olub ki, evdə külli miqdarda pulun olmasını dəstə üzvü Sahib Həsənbəyliyə Familə Vəliyeva deyib. F.Vəliyeva həmin evdə xidmətçi kimi işləyirmiş.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...