​Bakıda məktəbli qızları oğurlayan qadın peyda olub - ŞOK İDDİA - FOTO

Baxış sayı: 
58
2  
0  

Polis araşdırmalara başlayıb
 
Bakı məktəbində uşaqları oğurlayan qadın peyda olması barədə iddialar var.
 
Bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.
 
İddi olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
 
Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
 
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.
 
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.
 
Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.(Report)

Загрузка...
Загрузка...