Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə "Audi Q7"yə minib...

Baxış sayı: 
70
1  
0  

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.
 
Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.
 
Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.
 
E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
 
Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.
 
Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.
 
Hazırda polis əməkdaşları axtarışları davam edir.

Загрузка...
Загрузка...