Bakıda metroya görə avtobusların yolu dəyişdi

Baxış sayı: 
63
1  
0  

Təmir bitənə kimi son dayanacaq Səməd Vurğun bağının yanı olacaq

Metronun “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar  bəzi avtobusların hərəkət qrafiki dəyişəcək. Bakı Nəliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

 
Загрузка...
Загрузка...