Bakıda Mədəniyyət evindəki güclü yanğınla bağlı SON MƏLUMAT - YENİLƏNDİ - FOTO

Baxış sayı: 
95
2  
0  

Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Publika.az nazirliyə istinadən xəbr verir ki, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb.
Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
****                                 
8:46
Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.
Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Загрузка...
Загрузка...