Bakıda Mədəniyyət evində GÜCLÜ YANĞIN - FOTO

Baxış sayı: 
96
2  
0  

Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.
Turaninfo.org xəbər verir ki,Fövqəladə Hallar Nazirliyindən publika.az-a verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.
Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
                           
    

        
                                     

 

Загрузка...
Загрузка...