Bakıda maska taxan şəxs maşını bir neçə dəqiqəyə soydu – Video

Baxış sayı: 
93
2  
0  

Yasamal rayonu ərazisində iki avtomobilə hücum olub.
 
Naməlum şəxs ilk olaraq Mətbuat – Zərdabi prospektlərinin kəsişməsində jurnalist Türkan Məmmədliyə məxsus “Hundai” markalı avtomobilin pəncərəsini sındıraraq kosmetik çantasını və içində olan bahalı ləvazimatları götürüb.
 
“Salonda idim, maşını da hərzamankı yerdə saxlamışdım. Gəlib pəncərəni sındırıb, maşına zərər vurub.Özü də kamera olan yer. Mən anlamıram, insanlar bu qədər azğınlaşıb? Ya onlar Azərbaycan polisindən qorxmurlar ki, düz kameranın altında bu hadisəni edirlər”, – deyə jurnalist qeyd edib.
 
Bir neçə gün əvvəl həmin ərazidə Xəyalə Fərəcovaya məxsus “Lada” markalı avtomobilə hücum olunub.  Həmin şəxs maşından 600 AZN pul, bank və sığorta kartları, evin açarı, bahalı ətirləri götürülüb.
 
X. Fərəcovanın “Qafqazinfo”ya təqdim etdiyi videodan görünür ki, sürücü avtomobildən düşən kimi naməlum şəxs maşınının pəncərəsini sındıraraq hadisəni törədib.
 
“Maşını bir neçə dəqiqəlik saxlamışdım. Hətta qəza işıqları belə yanırdı. Qısa müddətdə belə bir oğurluq etdi”,- deyə xanım sürücü bildirib.
 
Eyni gün və eyni saatlarda baş verən oğurluq hadisəsini bir şəxsin törətdiyi ehtimal olunur.
 
Hadisə yerinə Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları cəlb olunub, məsələ ilə bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...