Bakıda kişi evə gizli girdi, keçmiş arvadını bıçaqladı, onun sevgilisini öldürdü – TƏFƏRRÜAT

Baxış sayı: 
58
1  
0  

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Minval.info oxu.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Hadisə bu il mayın 19-dan 20-nə keçən gecə Bakının Xəzər rayonunda baş verib.
 
Saat 03:10 radələrində Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı, 42 yaşlı Rzayev Maral Məmmədağa qızı, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Əliyev Vasif Fərzəli oğlu və 59 yaşlı Nəbiyev Qəmər Nədi qızına bıçaqla hücum edib.
 
Nəticədə V.Əliyev hadisə yerində ölüb.
 
N.Rzayeva və digərləri xəstəxanaya çatdırılıb.
 
Daha sonra Z.Rzayev polisə könüllü təslim olub.
 
Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.
 
İlkin araşdırma nəticəsində saxlanılan şəxsin həyat yoldaşı M.Rzayeva ilə boşandığı müəyyən edilib. Onlar yollarını ayırdıqdan sonra zərərçəkən V.Əliyevlə vətəndaş nikahında yaşayıb. Bu isə Z.Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.
 
Dindirilmə zamanı o, keçmiş arvadının başqa kişi ilə yaşamasının yolverilməz olduğunu bildirib.
 
Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub. Əvvəl o, V.Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan M.Rzayevaya keçib.
 
Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Q.Nəbiyeva da bıçaqla edilmiş hücumdan yan keçməyib.

Загрузка...
Загрузка...