Bakıda “KamAZ”la minik avtomobili toqquşdu,: 2 ölü, 3 yaralı

Baxış sayı: 
88
2  
0  

Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
"Report"un xəbərinə görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Qəza nəticəsində 1961-ci il təvəllüdlü Zeynalov Bəhruz Əli oğlu, 1979-cu il təvəllüdlü Qurbanov Qurban Rafiq oğlu və 1962-ci il təvəllüdlü Rzayeva Zahirə Əlimərdan qızı ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
B.Zeynalova bədənin küt travması, Q.Qurbanova baş-beyin silkələnməsi, üz nahiyəsinin yaralanması və Z.Rzayevaya isə burnun travması, baş-beyin silkələnməsi, bədənin küt travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.             

 

Загрузка...
Загрузка...