Bakıda istirahət mərkəzində kütləvi dava düşdü

Baxış sayı: 
55
1  
0  

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.
 
Turaninfo.org APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
 
Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
 
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

Загрузка...
Загрузка...