Bakıda inanılmaz olay: Kişini fahişəliyə məcbur etdilər - Cinayət işi

Baxış sayı: 
28
1  
0  

 
 
Bakıda şəxsi fahişəliyə məcbur etməkdə ittiham olunan Qalası Nuriyev və Nazim Babayevin barəsində cinayət işi başlanıb.
 
Teleqraf.com xəbər verir ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə bir nəfər kişi zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onlar həmin kişini fahişəlik etməyə məcbur ediblər.
 
Hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
 
Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynin icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin olunub.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...