​Bakıda gənc oğlanla 15 yaşlı qızın macərası... – Təfərrüat

Baxış sayı: 
93
2  
0  

 
Bakının Suraxanı rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham olunan Elmin Alıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
 
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Tural Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
 
Elmin Alıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Elmin Alıyev Suraxanı rayonu ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olub. O, qızla evlənəcəyini vəd etsə də, vədinə əməl etməyib.
 
Elmin Alıyevin qızın öz razılığı ilə onunla cinsi əlaqədə olduğu üzə çıxıb.
 
İstintaq orqanı tərəfindən Elmin Alıyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...