​Bakıda gənc oğlan yetkinlik yaşına çatmayan qıza təcavüz etdi

Baxış sayı: 
254
2  
0  

 
Bakıda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan gənc oğlana cinayət işi açılıb.
 
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
 
Bakı şəhər sakini Ağamoğlan Telman oğlu Abdalov 15 yaşlı qızla cinsi əlaqədə olub.
 
Bundan sonra Ağamoğlan Abdalovun barəsində hüquq-mühafizə orqanılarına şikayət edilib. O, həbs olunub.
 
İstintaq orqanı tərəfibdən Ağamoğlan Abdalovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclası iyulun 7-nə təyin edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...