Bakıda dəmir yolu stansiyasında əməliyyat – QADIN TUTULDU

Baxış sayı: 
148
3  
0  

 Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
publika.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Allahverdiyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan qadın ətrafında əlavə araşdırmalar aparılır.
                                                                                     

 

Загрузка...
Загрузка...