Bakıda dəhşətli qəza: 1 ölü, 13 yaralı - FOTOLAR

Baxış sayı: 
129
0  
0  

 
Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
 
Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.
 
****
 
Qaradağ rayonunda ağır yol qəzası baş verib.
 
APA-nın xəbərinə görə, yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
 
Ölən və xəsarət alanların olduğu bildirilir.

Загрузка...
Загрузка...